YouTube videoservisi özünün Shorts bölməsində daha uzun xronometrajlı videoların məsləhət görülməsi ilə bağlı təcrübəyə start verib. YouTube Shorts bölməsində test edilən daha uzun videolar hal-hazırda məhdud sayda istifadəçi üçün aktivdir və o, Shorts bölməsində daha uzun videoların tapılması prosesinin yaxşılaşdırılmasına hədəflənib. YouTube tərəfindən aparılan test çərçivəsində məhdud sayda istifadəçi Shorts bölməsində qısa və uzun videoların bir-birilərini əvəzlədiklərini görə bilər. Videoservis öz növbəsində aparılan təcrübə barəsində rəyləri yığır və həmin rəylər sayəsində bu imkanın istifadəçilərə nə dərəcədə faydalı olub-olmayacağını təyin edəcək. Maraqlısı ondadır ki, YouTube ilk əvvəl Shorts bölməsini TikTok ilə rəqabət üçün istifadəyə vermişdi. İndi isə videoservis bu bölməyə daha uzun xronometrajlı videoları inteqrasiya etməyə cəhd göstərir.