2023-cü il 31 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı əsasında Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb. Məqsəd muxtar respublikada rəqəmsallaşdırmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının inkişafının təkmilləşdirilməsidir.