Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, nmincom.gov.az) vasitəsilə əlaqə qurur.

 

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Ana səhifə Nazirlik Tez-tez verilən suallar

Tez-tez verilən suallar

Tez-tez verilən suallara burada cavab tapa bilərsiniz. Əlavə suallarınız olarsa, əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.

İnformasiya resursunda müəyyən qeyri-etik normalarla qarşılaşdıqda və ya insanın şərəf və ləyaqətinə toxunan, yaxud digər qeyri-qanuni əməllərə rast gəldikdə, hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

“Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən “Poçt göndərişi – poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi “M” kisələri, bağlamalar” hesab olunur.

Əlavə olaraq bildiririk ki, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.32-ci bəndinə əsasən “sürətli poçt göndərişi – fiziki baxımdan qəbulu, daşınması və çatdırılması ən sürətli üsulla həyata keçirilən tərkibi sənəd və (və ya) mallardan ibarət qeydiyyatlı poçt göndərişi” hesab olunur.

Vətəndaşlar kiber insidentlə qarşılaşdıqda “1654” Çağrı Mərkəzi, www.cert.az internet saytı,  report@cert.az  elektron poçt ünvanı vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.

Hesabınız bloklandıqda, hesabınıza daxil olduğunuz zaman hesabınızın bloklanması barədə bildiriş göstərilir. Əgər qaydaları pozmadığınızı və “Facebook” tərəfindən hesabınızın səhvən bloklandığını düşünürsünüzsə, 30 gün ərzində qərarın yenidən nəzərdən keçirilməsi üçün “Facebook”a müraciət edə bilərsiniz. Bu müddət keçdikdən sonra hesabınız birdəfəlik silinir və müraciət etmə şansınızı itirirsiniz.


Qeyd: “Facebook” qaydalarına əsasən, ciddi və ya təkrar pozuntular zamanı hesab xəbərdarlıq edilmədən birdəfəlik silinə bilər.
Hesabınız bloklandıqda aşağıdakı keçidə daxil olaraq “Facebook”un rəsmi müraciət formasını doldurun: Forma keçid

 

Müraciət formasının doldurulması ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

Mobil cihazların qeydiyyatı üçün dövlət rüsumu ilə bağlı məlumatları Vahid Elektron Xidmətlər Portalına daxil olaraq Mobil Cihazların Qeydiyyat Tarifləri bölməsindən əldə etmək mümkündür.

QEYD: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-5-ci maddəsinə əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiymətinə uyğun olaraq müəyyən edilir. Markası, modeli, habelə bazar qiyməti müəyyən olunmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

SİMA yeni nəsil rəqəmsal imza –  bulud texnologiyalarına əsaslanan, üztanıma və açıq açar texnologiyasını özündə birləşdirən bir həldir. Vətəndaşlar üçün tamamilə ödənişsiz olan SİMA dövlət qurumları və özəl şirkətlərin maliyyə, sığorta və digər sahələrdə təqdim etdiyi elektron xidmətlərindən istifadə olunduqda tətbiq edilə bilər. Daha ətraflı məlumatı sima.az linki üzərindən keçid edərək əldə edə bilərsiniz.

Rabitə sahəsindəki bütün tariflər nazirliyin və aidiyyəti qurumların saytlarının müvafiq bölmələrində yerləşdirilib.