SmartDOC
SmartDOC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 22 avqust tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında idarələrarası elektron informasiya mübadiləsi Sistemi haqqında Əsasnamə” təsdiq olunmuşdur. Qaydalara uyğun olaraq texnoloji proses həyata keçirilməklə həm sistemin təhlükəsizliyi təmin edilmiş, həm də Rəqəmsal Sənəd Dövriyyəsi üzərindən mərkəzi dövlət informasiya sistemləri ilə inteqrasiya olunmuşdur. “Digital Login” üzərindən vahid giriş imkanları yaradılmış, dövlət qurumlarında kağız daşıyıcılardan asılılığın azaldılması və elektron imza ilə sənəd təsdiqlənməsinin geniş tətbiqi üçün işlər görülmüşdür Sözü gedən Sisteminin yaradılması muxtar respublikada "Rəqəm-əsaslı idarəçilik” və rəqəmsal transformasiyanı sürətləndirməklə yanaşı, rəqəmsal idarəçiliyin tətbiq edilməsi, o cümlədən dövlət orqanları arasında real vaxt rejimində və təhlükəsiz qaydada informasiya mübadiləsinin aparılmasına zəmin yaradır.