YouTube öz yeni dizaynını test etməyə başlayıb
YouTube öz saytının yeni dizaynını test etməyə start verib. Təqdim edilmiş fotodan da görmək olar ki, platformanın yeni dizaynı çərçivəsində videonun təsviri ilə şərhlər bölməsi saytın sağ hissəsinə köçürülüb. Videonun təsvir hissəsinin əvvəlki yerində isə platformadakı digər videolar üzrə məsləhət siyahısı qeyd edilib. Videonun adının sağ tərəfə köçürülməsi öz növbəsində izlənən video ilə məsləhət görülən digər videolar arasındakı konkret ayırıcı faktoru aradan qaldırıb.
YouTube-un hal-hazırda aktual olan dizaynında məsləhət xarakterli videolar saytın sağ hissəsində, izlənən videonun adı, təsviri və şərhləri isə alt hissədə yerləşirlər. İstifadəçilər test olunan yeni dizayna o qədər də müsbət yanaşmayıblar. YouTube öz növbəsində bildirib ki, bu, sadəcə bir test mərhələsidir. Buna görə də yekunda platformanın məhz bu dizaynı əldə edəcəyi dəqiq deyil.