"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Youtube-da real zaman ərzində yenilənən bəyənmə və baxış sayğacları istifadəyə veriləcək

Youtube istifadəçilərə və kontent yaradıcılarına mütəmadi şəkildə yeni funksiyaları təqdim edir. Videoservisin əldə edəcəyi yeni funksiyalardan biri da real zaman ərzində yenilənən bəyənmə və baxış sayğacları olacaq. Bəyənmə və baxış sayları bu və ya digər video kontentin Youtube-da məşhurluq səviyyəsini təyin edən faktorlardır. Hal hazırda Youtube-da olan bu sayğaclar real zaman ərzində deyil, videonun olduğu səhifənin yenilənməsi halında yenilənirlər. Youtube öz növbəsində bunu dəyişmək qərarına gəlib. Bundan sonra bəyənmə və baxış sayğacları real zaman ərzində yenilənəcəklər. Videoservis sözügedən yeniliyin necə çalışdığı və onun Youtube tətbiqinə nə zaman inteqrasiya ediləcəyi barəsində məlumat verməyib. Bəzi istifadəçilər bu yeniliyi artıq əldə ediblər. Bütün istifadəçilər üçün isə o, yaxın aylar ərzində aktivləşə bilər.