"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Yeni süni zəka sistemi mətn formatında təsvirləri 3D animasiyalara çevirə bilir

Motion Capture texnologiyalarının hazırlanması ilə məşğul olan DeepMotion şirkəti süni zəka əsasında MotionGPT adlı yeni layihəsini işə salıb. Sözügedən sistem istifadəçinin mətn formatında təsvirləri əsasında qəliz 3D animasiyalar tərtib edə bilir. Bu isə öz növbəsində animasiyaların yaradılması sahəsində yeni dövrün başlanğıcı deməkdir. MotionGPT animasiyaların hazırlanması və idarəsi imkanını verərək motion capture üçün nəzərdə tutulmuş xüsusi kameraların və geyimlərin istifadəsi məcburiyyətini aradan qaldırır.
Bunun vasitəsilə sistem rəssamların və dizaynerlərin işlərini daha da sadələşdirir. Animasiya kitabxanaları özlərində say və müxtəliflik baxımından məhdud hərəkətləri birləşdirsələr də, MotionGPT istifadəçiyə konkret bədən hərəkətləri üçün təsvirlərin qeyd edilməsi imkanını verir. Bunun üçün sistem bədən hissələri hərəkətlərinin və emosiyaların təlimatlarını təqdim edir, o cümlədən yüksək dinamik animasiyanın tərtibatı üçün bir neçə hərəkətin birləşdirilməsi imkanını verir. DeepMotion şirkətinin fikrincə bu texnologiya kompüter oyunları, metakainat, idman, animasiyalı qrafika və s. sahələrdə inqilab yarada bilər.