Microsoft artıq uzun müddətdir ki, istifadəçiləri hesablarını qorumaq üçün adi şifrələrdən imtina etməyə təşviq edir. Bu istiqamətdə növbəti addım isə Microsoft-da yeni hesab qeydiyyatı zamanı şifrələrdən istifadəni tamamilə dayandırmaq olub. İndi istifadəçilərə hesablarını qorumaq üçün yalnız daha təhlükəsiz üsullar - giriş açarları (passkey), push-bildirişləri və ya təhlükəsizlik açarları təklif ediləcək. Şifrələrdən imtina ilə bağlı bu yeni təşəbbüs Microsoft-un sistemə giriş pəncərəsini də yenidən optimallaşdırması ilə müşayiət olunur.
İstifadəçilərin avtorizasiyası zamanı addımların ardıcıllığı dəyişdirilib ki, giriş açarı istifadə olunduqda proses daha sadə olsun. Mövcud Microsoft hesablarında şifrələr hələlik qalacaq, lakin yeni hesablar üçün proqram təminatı nəhəngi bu funksiyanı tamamilə aradan qaldırıb və artıq şifrə yaratmaq seçimini təqdim etmir. “İstifadəçi interfeysini sadələşdirmək çərçivəsində biz yeni istifadəçi hesablarının parametrlərini dəyişirik. Artıq Microsoft-un yeni istifadəçi hesabları standart olaraq şifrəsiz olacaq.