"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Yeni cihazda Whatsapp hesabına email vasitəsilə daxil olmaq mümkün olacaq

Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, messencerə yeni cihazda elektron poçt ünvanı vasitəsilə avtorizasiya funksiyası əlavə edilib. Hal hazırda bu yeni funksiya Whatsapp-ın beta versiyasının məhdud sayda istifadəçisi arasında aktivdir. Sözügedən funksiya Whatsapp hesabını elektron poçt ünvanına qoşmaq imkanını verir. Bunun sayəsində messencerdəki hesaba yeni cihazda elektron poçt ünvanı vasitəsilə daxil olmaq mümkün olacaq.

Güman olunur ki, bu cür avtorizasiya üsulu çərçivəsində istifadəçinin elektron poçt ünvanına yoxlama xarakterli məktub göndəriləcək və həmin məktub daxilində link yerləşəcək. Məktubdakı linkə daxil olmaqla istifadəçi avtorizasiya prosesini yekunlaşdıra biləcək. Sözügedən funksiyanı aktivləşdirmək üçün messencer daxilində hesab ayarlarına daxil olub elektron poçt bəndini seçmək daha sonra elektron poçt ünvanını daxil etmək lazım gələcək. Funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.