Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda əhalinin, habelə yeni inşa edilən fərdi yaşayış evlərinin artımı yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni nəsil avadanlıqlar quraşdırılır. Cari ilin ötən dövrü ərzində muxtar respublikada, ümumilikdə, 1888 nömrə yerlik 5 ədəd yeni HUAWEI NGN tipli avtomat telefon stansiyaları sakinlərin istifadəsinə verilmişdir.
Məqsədyönlü tədbirlərin davamı olaraq sakinlərin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, döngə 23 ünvanında 576 nömrə tutumlu yeni NGN tipli Avtomat Telefon stansiyasının qurulması məqsədilə müvafiq işlər həyata keçirilir. Belə ki, avtomat telefon stansiyasının yerləşdiyi ərazidə ilkin olaraq dəmir-betonlama işləri görülərək tamamlanmış, 2 ədəd telefon paylayıcı şkaf quraşdırılır, 1300 metrdən artıq fiber-optik kabel və 2000 metrdən artıq müxtəlif tutumlu kabellər çəkilir.