Meta şirkətinin CEO-su Mark Zuckerberg-in verdiyi məlumata əsasən Threads servisinin veb versiyası yaxın həftələrdə istifadəyə veriləcək. Şirkətin Twitter analoqu threads.net veb ünvanı vasitəsilə çalışacaq. Lakin indi bu veb ünvana keçid edən zaman ekranda servisin Android və ya iOS versiyasını yükləmək təklif edilir. Qeyd etmək lazımdır ki, veb versiyadan əlavə olaraq Threads-də həmçinin axtarış sistemi də mövcud deyil. Zuckerberg bildirib ki, axtarış sistemi də servisdə yaxın həftələrdə istifadəyə veriləcək. Şirkətin öz yeni servisinin veb versiyasını hazırlaması istifadəçilərin ona tələbatından xəbər verir. Görünür, istifadəçilər kompüter vasitəsilə brauzer üzərindən Threads-ə daxil olma imkanının olmadığını gördükləri üçün bu servisə maraqlarını itirməyə başlayıblar.