Elon Musk sahibi olduğu X (keçmiş Twitter) sosial şəbəkəsinin yeni istifadəçi siyasətini anons edib. Yeni siyasət sosial şəbəkənin yeni istifadəçiləri üçün nəzərdə tutulub. Belə ki, yeni siyasətə əsasən X-də qeydiyyatdan keçmiş yeni istifadəçilər sosial şəbəkə daxilində hər hansısa paylaşımı etmək imkanı üçün kiçik miqdarda ödəniş etməli olacaqlar. Musk-ın sözlərinə əsasən yeni istifadəçilərdən kiçik komissiyanın əldə edilməsi platformada botlara qarşı mübarizə üçün məcburi addımdır. Süni zəka heç də həmişə uğurlu şəkildə əsl istifadəçiləri botlardan ayıra bilmir. Məlumatda qeyd edilib ki, X-in yeni istifadəçiləri kiçik miqdarda ödəniş etməyəcəkləri halda sosial şəbəkə daxilində paylaşımları yalnız 3 aydan sonra edə biləcəklər.