"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

X-də (keçmiş Twitter) ödənişli qeydiyyat planlaşdırılır

Elon Musk sahibi olduğu X (keçmiş Twitter) sosial şəbəkəsi ilə bağlı təcrübələr aparmağa davam edir. Bu dəfə Musk sözügedən sosial şəbəkədəki paylaşımlarda tarixlərin aradan qaldırmağa hədəflənib. Bununla yanaşı X-də qeydiyyat üçün bir dəfəlik 8$ ödənişin edilməsi planlaşdırılır. Məlumatda qeyd edilib ki, Musk-ın fikrincə paylaşımlardan tarixlərin aradan qaldırılması ana səhifənin ümumi vizual görüntüsünü yaxşılaşdıracaq. Faktiki olaraq tarixlər olduqları kimi qalacaqlar.
Sadəcə olaraq onları görmək üçün hər bir posta daxil olmaq lazım gələcək. Lakin istifadəçilər bu addımı tənqid edirlər. Belə ki, onlar bu və ya digər məlumatın aktuallığını təyin etməkdə çətinlik yaşayacaqlarından narahatdırlar. Bununla yanaşı məlumata əsasən X-də qeydiyyatdan keçmək istəyəcək yeni istifadəçilər 8$ həcmində bir dəfəlik ödəniş etməli olacaqlar. Bununla belə bu ödəniş özündə X Premium abunəliyini də birləşdirəcək. Bu addım botlarla mübarizəyə və X-in gəlirlərinin artırılmasına istiqamətlənib. Qeyd etmək lazımdır ki, Musk-ın 2022-ci ildə Twitter-i almasından sonra bu platformanın reklam gəlirləri kəskin şəkildə aşağı düşdü.