"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

X-də (Twitter) bloklama funksiyası aradan qaldırıla bilər

 Elon Musk xəbər verib ki, istifadəçilərin bloklanması funksiyası X-də (keçmiş Twitter) aradan qaldırıla bilər. Bloklama funksiyası sayəsində X istifadəçiləri digərlərini öz paylaşımlarını izləmək, abunə olmaq və əlaqə qurmaq imkanından məhrum edirlər. Bu cür tədbir sosial platformada ola biləcək təqib, mənəvi təcavüz və təhqir kimi poroblemləri aradan qaldırmağa imkan verir. Bütün bu funksiyalar X-də aradan qaldırıla bilər.

“Özəl mesajlar istisna olmaqla bloklama funksiya şəklində aradan qaldırılacaq” - deyə Musk qeyd edib. Onun fikrincə bu funksiyanın heç bir mənası yoxdur. Bu cür qərar X-ə App Store ilə Google Play-də ciddi problemlər yarada bilər. App Store qaydalarına əsasən istifadəçilər tərəfindən generasiya edilən kontentləri özlərində birləşdirən tətbiqlər mütləq şəkildə aqressiv istifadəçilərin bloklanması, arzuolunmaz materialların filtrasiyası imkanlarına və təhqir tərkibli materialların şikayət olunması mexanizmlərinə sahib olmalıdırlar.

Oxşar qaydalar həmçinin Google Play-də də mövcuddur. Daha sonra Musk bildirib ki, mesajların bloklanması ilə birlikdə X istifadəçiləri arzuolunmaz şəxsləri bir növ səssiz rejimə keçirtmək imkanına sahib olacaqlar. Bu imkan çərçivəsində arzuolunmaz şəxs onu kənarlaşdırmış istifadəçinin profilindəki məlumatları görə biləcək. Lakin onun yazacağı mesajlar istifadəçi tərəfindən görünməyəcək.