"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

X-də (keçmiş Twitter) audio və video zənglər funksiyası istifadəyə verilib

Elon Musk-ın daha öncə də planlaşdırdığı və barəsində çox danışdığı audio və video zənglər funksiyası X-də (keçmiş Twitter) istifadəyə verilib. Funksiya artıq bəzi X istifadəçiləri üçün aktivləşdirilib. Müxtəlif messencerlərdən fərqli olaraq X-də audio və ya video zənglərin reallaşdırılması üçün istifadəçilərin öz aralarında mobil nömrə mübadiləsini aparmağa ehtiyac yoxdur. Funksiyanın istifadəyə verilməsi hələ rəsmi şəkildə elan edilməsə də X istifadəçiləri platformaya daxil olan zaman bu barədə bildirişi əldə etməyə başlayıblar.

Funksiyanın ayarlarında onu deaktiv etmək və hansı istifadəçilər tərəfindən zənglərin edilə biləcəyini seçmək olar. Variantlar arasında yalnız X Premium istifadəçiləri, yalnız abunə olunmuş istifadəçilər və kontaktlar siyahısındakı istifadəçilər var. İstifadəçi öz istəyinə uyğun olaraq bir neçə variantı seçə bilər. Audio və ya video zəngi reallaşdırmaq üçün isə lazımi şəxs ilə olan özəl mesaja daxil olub yuxarı sağ hissədəki müvafiq ikona klikləmək lazımdır. Audio və video zənglər funksiyasının hamı üçün və ya yalnız X Premium istifadəçiləri üçün aktiv olduğu bilinmir.