"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi 19-20 fevral tarixlərində Sədərək rayon İcra Hakimiyyəti ilə birgə “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirib.

Mülki Müdafiə məşqinə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də şəxsi heyəti cəlb olunub. Sədərək Rayon Rabitə İdarəsi tərəfindən 7-8 bal intervalında baş verən şərti zələzələ zamanı həyəcan siqnalı verilib və əraziyə operativ olaraq mülki müdafiə qüvvələri cəlb edilib. Şəxsi heyət tərəfindən ərazidə yanğınla mübarizə tədbirləri və obyektdə təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti zərərçəkmişlərə ilkin tibbi yardım göstərilib, o cümlədən xilasetmə əməliyyatları aparılaraq zərərçəkənlərin axtarışı həyata keçirilib. Rabitə manqası ərazidə yaranan qəzalı vəziyyətdəki rabitə xətlərində təmir-bərpa işləri aparıb.

Muxtar respublikadakı dövlət qurumlarının müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi məşqin keçirilməsində məqsəd rayon ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ hazırlıq səviyyəsinin yoxlanılması olub.

Qeyd edək ki, mülki müdafiə məşqinə 152 nəfər şəxsi heyət və 22 texnika cəlb olunub.