"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Windows kompüterlər üçün nəzərdə tutulmuş yeni virus yayılır

İnternetdə Ghostpulse adlı yeni kompüter virusu yayılmağa başlayıb. Bu virus Windows vasitəsilə çalışan kompüterlərə yoluxur. Məlumata əsasən sözügedən virus məşhur tətbiqlərin MSIX quraşdırma faylları şəklində maskalanır. “MSIX Windows üçün nəzərdə tutulmuş tətbiqlərin paketlərinin formatıdır. Tərtibatçılar onu Windows istifadəçiləri üçün tətbiqlərin yayılmasında və quraşdırılmasında istifadə edirlər” - deyə məlumatda qeyd edilib.
Bu cür formatda olan proqram təminatı çox sadə şəkildə quraşdırılır. Bunun üçün istifadəçinin sadəcə olaraq iki dəfə mouse düyməsinə klikləməsi lazımdır. Məhz buna görə MSIX kibercinayətkarlar üçün ideal alətdir. Lakin öz planlarını yerinə yetirmək üçün kibercinayətkarlar sözügedən formatın kod sertifikatını almalı və ya oğurlamalı olurlar. Sındırılmış saytlar, axtarış optimizasiyası üsulları (SEO) və online reklamlar vasitəsilə kibercinayətkarlar insanları zərərli MSIX paketləri yükləməyə və onları işə salmağa məcbur etməyə çalışırlar.
Bu cür zərərli MSIX paketlər  Chrome, Edge və Brave brauzerlərinin, Grammarly platformasının və digər məşhur tətbiqlərin yükləmə faylları kimi maskalanırlar. Paketin quraşdırılması prosesi isə ştat rejimində reallaşır. Yəni quraşdırılma prosesi çərçivəsində kompüter ekranında heç bir pəncərə əks olunmur. Halbu ki, fonda Powershell skripti işə düşür və bunun sayəsində kompüterə Ghostpulse virusu yüklənir.