"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər

Dünən Qualcomm özünün Snapdragon X Elite adlı yeni desktop prosessorunu təqdim edən zaman Microsoft şirkətinin CEO-su Satya Nadella bildirdi ki, növbəti Windows süni zəka əsaslı funksiyaların təsirləri altında dəyişikliyə məruz qala bilər. Nadella ola biləcək dəyişikliklər barəsində konkret bir məlumat verməsə də onlardan birinə işarə edib. Onun sözlərinə əsasən növbəti Windows-un dizaynı intellektual köməkçidən istifadə sayəsində əməliyyat sisteminin rahatlığına istiqamətlənə bilər.
Windows Copilot Microsoft və OpenAI şirkətləri arasında olan əməkdaşlıq çərçivəsində hazırlanır və o, Cortana-nın daha təkmilləşdirilmiş versiyası olmalıdır. "Copilot əməliyyat sisteminin Start düyməsinə bənzəyir. O sizin tətbiqlərinizlə olan bütün qarşılıqlı əlaqənin təşkilatçısı rolunda çıxış edir. Məsələn mən Copilot-u aktivləşdirib ona nələri etmək istədiyimi bildirirəm. Copilot isə öz növbəsində ya məni lazımi tətbiqə yönləndirir ya da lazımi tətbiqin funksionallığını öz üzərinə götürür. Bu, istifadəçinin davranışlarını tamamilə dəyişir" - deyə Nadella qeyd edib.
Jurnalistlərin fikirlərinə əsasən bu bəyanatla Nadella növbəti Windows-da Start düyməsinin Copilot interfeysi ilə əvəzlənəcəyinə işarə edib. Qeyd etmək lazımdır ki, Copilot adlı süni zəka köməkçisi artıq Windows 11-in test versiyalarına inteqrasiya edilib. Lakin süni zəkanın əməliyyat sisteminə daha dərin şəkildə inteqrasiyası yalnız bir yeni düymə ilə məhdudlaşmayacaq. Nadella-nın sözlərinə əsasən bu cür səviyyədə inteqrasiya üçün əməliyyat sistemi tamamilə yeni arxitekturaya sahib olmalıdır.