Microsoft şirkəti Windows əməliyyat sisteminin xarici görünüşünü daha geniş şəkildə ayarlamağa imkan verən tətbiqlərlə mübarizə aparmaq qərarını verib. Beləliklə yeni Windows 11 yenilənməsindən sonra bu cür tətbiqləri əməliyyat sistemi daxilində işə salmaq mümkün olmur. Bununla belə əməliyyat sistemi sözügedən tətbiqlərin ən yeni versiyalarını belə bloklayır. Windows 11-də bu mövzu ətrafında qadağan edilmiş tətbiqlərdən biri StartAllBack-dir. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq Windows 11-dəki Taskbar ilə Start düyməsini istəyə görə ayarlamağa imkan verir. İstifadəsi mümkün olmayan ikinci tətbiq ExplorerPatcher-dir. Bu tətbiq Windows 11-ə Windows 10-un köhnə Taskbar-nı əlavə etməyə imkan verir. Digər tərəfdən söhbət, Windows əməliyyat sistemindən gedir. Hər-halda istifadəçilər mütləq şəkildə Microsoft-un bu məhdudiyyətindən yan keçə biləcəklər.