Microsoft şirkəti hələ bir neçə müddət bundan öncə Windows 11-də Copilot adlı süni zəka köməkçisini istifadəyə vermişdi. Hal hazırda Windows 11-dəki Copilot OpenAI şirkətinin GPT-4 süni zəka sisteminin əsasında çalışır. Lakin verilmiş məlumata əsasən yaxın gələcəkdə Copilot GPT-4 Turbo əsasında çalışmağa başlayacaq. Microsoft şirkətinin reklam və veb servisləri üzrə CEO-su Mikhail Parakhin-in sözlərinə əsasən şirkətin bu istiqamətdə aradan qaldırmalı olduğu bəzi problemlər var. Bununla belə əməliyyat sistemində istifadəyə verilmiş Copilot-un GPT-4 Turbo-ya nə zaman keçid edəcəyi barəsində məlumat verilməyib. Qeyd etmək lazımdır ki, GPT-4-dən fərqli olaraq GPT-4 Turbo daha çox sorğunu qəbul edə bilir. Lakin Copilot-da sorğuların sayı məhdud ola bilər.