"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılmasına start verilib

  Microsoft şirkəti Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılması prosesinə start verib. Belə ki, Windows 11-in yeni test versiyasında sözügedən səsli köməkçi artıq deaktiv edilib. Bununla yanaşı Windows 11-in stabil versiyasında Microsoft Store tətbiqinin yenilənməsini əldə etmiş bəzi istifadəçilər də qeyd ediblər ki, yenilənmədən sonra Cortana artıq çalışmır. Windows 11-in yeni test versiyasında Cortana-nı işə salmaq istəyən zaman istifadəçiyə belə bir bildiriş sərgilənir. “Cortana Windows-da avtonom tətbiq kimi artıq köhnəlib”.

 Qeyd etmək lazımdır ki, Microsoft hələ iyun ayında bildirmişdi ki, o bu il ərzində Cortana səsli köməkçisinin Windows 11-də ayrıca tətbiq kimi dəstəyini dayandıracaq. Səsli köməkçi Android üçün nəzərdə tutulmuş Microsoft Launcher-dən silinmiş olsa da, OutlookTeams və Teams Room tətbiqlərində hələ də aktivdir. Cortana əvəzinə şirkət Windows 11-ə inteqrasiya edilmiş Windows Copilot adlı süni zəka əsaslı assistenti və süni zəka əsaslı Bing Chat çat-botunu inkişaf etdirəcək. Qeyd etmək lazımdır ki, Cortana 2014-cü ildə Windows 10-un tərkibində süni zəka assistenti kimi təqdim edilmişdi və o, Apple şirkətinin Siri səsli köməkçisi ilə rəqabət aparmalı idi.