"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Windows 11-ə çoxdan gözlənilən yenilik əlavə edilib

Microsoft şirkəti Windows 11 istifadəçilərinin çoxdan gözlədikləri yeniliyi sonunda reallaşdırıb. Söhbət, əməliyyat sisteminin özünü fərdi şəkildə yenidən quraşdıra bilməsi imkanından gedir. Bu yeni funksiya Windows 11-in hələ ki, beta versiyasında istifadəyə verilib. Windows 11-i bütün faylların qorunması ilə daha əvvəllər də yenidən quraşdırmaq mümkün idi. Lakin bunun üçün Media Creation Tool-dan istifadə etmək lazım gəlirdi. Bunu isə heç cür sadə proses adlandırmaq olmaz. Əməliyyat sisteminin beta versiyasında istifadəyə verilmiş Fix problems using Windows Update adlı yeni funksiya Windows 11-i yenilənmə mərkəzi vasitəsilə yenidən quraşdırır. Sözügedən yeni funksiya gələn ilin birinci yarısında Windows 11-in stabil versiyasında istifadəyə verilə bilər.