Bir çox istifadəçi Wi-Fi şəbəkələrinin məhdud əhatə dairəsinə sahib olmasından şikayət edir. Bəzən bu əhatə dairəsi o qədər kiçik olur ki, evin daxilində belə bəzi yerlərdə internet çox zəif sürətə malik olur. Lakin indi Morse Micro şirkəti, HaLow və ya 802.11ah standartından istifadə edərək 3 km ilə yeni Wi-Fi məsafə rekordu qırıb.
Qeyd edək ki, HaLow texnologiyası ilk dəfə 2016-cı ildə elan edilsə də, bu texnologiya demək olar tətbiq edilmədi. Morse Micro adlı şirkət isə apardığı sınaqlar zamanı qoşulma sürəti 500 metr məsafədə 11 meqabit/s-dən 3 km məsafədə 1 meqabit/s arasında dəyişib. Məhz bu nəticə isə 2016-cı ildə elan edilən və daha sonra istifadə edilməyən texnologiya vasitəsi ilə əldə edilib. Şirkət çox aşağı sürətlə uzun məsafəyə Wi-Fi ilə məlumatları ötürməyi bacarıb. Şirkət bildirir ki, 3 km Wi-Fi məsafə rekordu ilə bir ilkə imza atmaq mümkün olub. Maraqlısı budur ki, 3 km məsafədə belə əldə edilən bu sürət video zəng etmək üçün kifayət edir.
Bu testi təsirli edən cəhətlərdən biri də Wi-Fi siqnalının yalnız uzaq məsafələrə çatma qabiliyyəti deyil, həm də şəhər ərazisində bütün simsiz müdaxilələrə yəni parazitlərə baxmayaraq işləmək qabiliyyəti idi. Beləliklə, şirkətin əldə etdiyi bu uğur onu göstərir ki, Wi-Fi HaLow ən uzun mənzilli simsiz həlldir. Əsasən ultra uzun mənzilli Wi-Fi qurğuları yavaş sürət səbəbindən bir çox parazitlə qarşılaşır və öz funksiyasını yerinə yetirə bilmir. Wi-Fi HaLow uzun məsafədən əlavə olaraq həm də, parazitlərə qarşı da əla müqavimət göstərərək, Wi-Fi 7 kimi yüksək sürətli həllərdən daha az enerji istehlak edir.