"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp “username” yeniliyi ilə nömrələrdən aslılığı azalda bilər!

WhatsApp tətbiqinə gələn yeniliklərin ardı-arası kəsilmir. Ötən günlərdə WhatsApp tətbiqinə mesajların redaktəsi funksiyası nəhayət gəlmişdi. Xüsusilə Telegram tətbiqi populyarlaşdıqdan sonra rəqabət şəraitində yenilikləri artıran şirkət bunlara daha birini əlavə edir. Əgər xatırlayırsınızsa bir müddət əvvəl Telegram tətbiqinə “username” dediyimiz bir yenilik gəlmişdi. Bunun vasitəsilə istifadəçilər hətta özlərinə aid qısa hesab adlarını sataraq yüksək məbləğdə qazanc əldə etmişdilər. Lakin əsas məsələ “username” xüsusiyyəti ilə nömrələrdən aslılığın sonlanması idi. Belə ki, WABetainfo resursunun verdiyi məlumaya əsasən bənzər “username” yeniliyi WhatsApp tətbiqinə gəlmək üzrədir.

Sadə dillə desək, Meta şirkətinə məxsus WhatsApp istifadəçilərə öz hesabları üçün orijinal istifadəçi adı seçmək imkanı verən “username” adlı yenilik hazırlayır. Funksionallıq hələ hazırlıq mərhələsindədir və hələ istifadəçi üçün əlçatan deyil. Bu funksiya WhatsApp Parametrləri > Profil altında mövcud olacaq. Böyük bir ehtimalla WhatsApp tətbiqinə gələn bu xüsusiyyət nömrə ilə qeydiyyatdan keçməyin qarşısını kəsməyəcək. İstifadəçilər hələ də nömrə ilə qeydiyyatdan keçməyə davam edəcəklər. Lakin eyni zamanda özlərinə “username” də əlavə edəcəklər ki, bu profilin sizə aid olduğunu təsdiqləyən ictimai profil adınız olacaq. Yeniliyin tam olaraq necə işləyəcəyini görmək isə biraz vaxt alacaq.