"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp statusunda digər insanları etiketləmək mümkün olacaq!

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp-ın yeni xüsusiyyət üzərində çalışdığı məlum olub. WhatsApp-ın 24.7.10.71 kodlu tətbiqinin iOS beta versiyasında ortaya çıxan bu xüsusiyyət istifadəçilərə status paylaşarkən başqa şəxsləri etiketləməyinə imkan verəcək.
İnstagram kimi sosial şəbəkələr hekayələr paylaşarkən bizə istifadəçiləri etiketləməyə imkan versə də, WhatsApp üçün bu xüsusiyyət bu günə qədər əlçatan deyildi. Bu gün ortaya çıxan məlumatlar bu vəziyyətin artıq dəyişəcəyini göstərir. Belə ki, WhatsApp istifadəçiləri status paylaşarkən kontakt siyahısındakı bir və ya bir neçə istifadəçini etiketləyə biləcəklər. WhatsApp-ın üzərində işlədiyi bu yeni xüsusiyyət həmçinin məxfiliyi də ön planda tutacaq. Yəni etiketlənən şəxslər bu barədə bildiriş alsalar da, digər şəxslər bu haldan xəbər tutmayacaq.
Şirkət hələ ki, üzərində işlədiyi yeni xüsusiyyət ilə bağlı heç bir açıqlama verməyib. Buna görə də, xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Əlavə olaraq, onu da qeyd edək ki, bəhs etdiyimiz xüsusiyyət bir neçə gün əvvəl tətbiqin Android beta versiyasında aşkarlanıb. Beləliklə, funksiyanın həm iOS, həm də Android ekosistemlərində mövcud olacağı gözlənilir.