WhatsApp “Plus” abunəliyini test edir
WhatsApp istifadəçilər üçün yeni ödənişli abunə modelini sınaqdan keçirir. “WhatsApp Plus” adlanan bu paket, əsasən tətbiqin görünüşünü fərdiləşdirməyə yönəlir və funksional baxımdan ciddi yeniliklər təqdim etmir.Məlumata görə, yeni abunə istifadəçilərə ikonları, çat dizaynlarını, bildiriş səslərini və digər vizual elementləri dəyişmək imkanı verir. Bundan əlavə, pulsuz versiyada yalnız 3 çat “pin” etmək mümkün olduğu halda, Plus abunəçiləri bu limiti 20-yə qədər artıra biləcəklər. Eyni zamanda, fərqli çat siyahıları yaratmaq və onları fərdi dizaynla fərqləndirmək də mümkün olacaq.
Meta şirkəti məsələ ilə bağlı bildirib ki, bu addım istifadəçilərə tətbiqi daha yaxşı təşkil etmək və fərdiləşdirmək imkanı yaratmaq məqsədi daşıyır. Hazırda funksiyanın kiçik istifadəçi qrupları arasında test edildiyi və rəy toplandığı qeyd olunur. Qiymətlə bağlı rəsmi açıqlama verilməsə də, ilkin məlumatlara görə, abunə Avropada təxminən 2.49 avro, Pakistan bazarında isə 229 PKR (təxminən 0.82 dollar) civarında ola bilər. Həmçinin istifadəçilərə 1 aylıq pulsuz sınaq təklif ediləcəyi bildirilir.
Qeyd edək ki, WhatsApp əvvəllər də bəzi regionlarda illik 1 dollar abunə tətbiq etmişdi, lakin 2016-cı ildə bu modeldən imtina olunub. Son illərdə isə platforma əsas gəlirini biznes mesajlaşması və reklamlardan əldə edir. Şirkətin açıqlamasına görə, WhatsApp-ın illik gəliri artıq 2 milyard dollar səviyyəsini keçib.