"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Whatsapp istifadəçilərin hesab fotolarının screenshotlarını çəkməyi qadağan edib

Whatsapp istifadəçilərin konfidensiallıqlarının qorunması üçün yeni funksiyanı işə salıb. Belə ki, bundan sonra messencerdəki kontaktlar siyahısında istənilən şəxsin hesab fotosunun screenshot fotosunu çəkmək istəyən zaman messencer buna imkan verməyəcək. Qeyd etmək lazımdır ki, bu funksiya Whatsapp-da keçən ay aşkar edilmişdi. Görünür, Meta şirkəti onu hamıda aktivləşdirməyə başlayıb. Messencerin son stabil versiyasında artıq kontaktların hesab fotolarının screenshotlarını reallaşdırmaq mümkün deyil. Bunu etmək istəyən zaman messencer istifadəçiyə bildiriş verir ki, müvafiq prosesin tətbiq daxilində reallaşdırılması qadağandır. Whatsapp üzərindən dələduzların öz sxemlərində necə müxtəlif üsullardan istifadə etdiklərini nəzərə alsaq, bu yenilik Whatsapp üçün böyük müsbət cəhətdir.