"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Whatsapp-ın yenilənmiş desktop tətbiqi macOS-də istifadəyə verilib

Whatsapp tərtibatçıları elan ediblər ki, yenilənmiş Whatsapp tətbiqi artıq macOS istifadəçiləri üçün də istifadəyə verilib. Hələ bir neçə müddət bundan öncə yenilənmiş Whatsapp tətbiqi Windows-da istifadəyə verilmişdi. İndi isə növbə macOS istifadəçilərinə çatıb. Məlumatda qeyd edilib ki, macOS üçün istifadəyə verilmiş yenilənmiş Whatsapp qrup audio və videozənglərini dəstəkləyir.

Audio zənglərdə maksimum 32 nəfər, videozənglərdə isə 8 nəfər iştirak edə bilər. MacOS istifadəçiləri həmçinin zənglərin tarixçələrinə nəzər yetirə, tətbiqin deaktiv olduğu zamanlarda da zənglər barəsində bildirişləri əldə edə, bu və ya digər faylı bir çatdan digərinə sürüşdürərək paylaşa bilərlər. MacOS üçün nəzərdə tutulmuş yenilənmiş Whatsapp-ı artıq messencerin rəsmi saytından yükləmək mümkündür. Yaxın zamanda isə o həmçinin App Store-da təqdim ediləcək.