"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp-ın videozəng imkanı üçün 3 yeni funksiya istifadəyə veriləcək

WabetaInfo saytının vermiş olduğu məlumata əsasən Meta şirkəti WhatsApp-ın Android üçün nəzərdə tutulmuş 2.24.13.14 nömrəli beta versiyasına 3 yeni funksiyanı əlavə edib. Əlavə edilmiş funksiyalar messencerin videozəng imkanını əhatə edirlər. Beləliklə WhatsApp-ın videozəng imkanına əlavə edilmiş birinci funksiya filtrlərdir. Bu funksiya videozəng zamanı istifadəçi dərisinin teksturunu hamar şəkildə azaltmağa imkan verir. Bunun sayəsində istifadəçi öz görünüşündəki hər hansısa mənfi cəhəti gizlədə bilər.

Bundan əlavə olaraq filtrlər heç bir radikal dəyişikliklər olmadan xarici görünüşün yaxşılaşdırılması üçün dəri rəngini daha dolğun edə bilərlər. İkinci funksiya videozəng zamanı fonun dəyişilməsidir. Bunun sayəsində istifadəçi müxtəlif fonlardan birini seçərək aktual fonu dəyişə bilər. Bu öz növbəsində videozəng prosesinə xüsusi abu-hava qatacaq. Üçüncü funksiya isə AR effektlərdir. Bu funksiya videozənglərin daha əyləncəli olmasına istiqamətlənib. Bu funksiyaların stabil WhatsApp-da nə zaman istifadəyə veriləcəkləri bilinmir.