"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Whatsapp-ın iPad planşetləri üçün tətbiqinin beta versiyası istifadəyə verilib

Whatsapp tərtibatçıları messencerin iPad planşetləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyasını istifadəyə veriblər. Qeyd etmək lazımdır ki, Whatsapp artıq uzun illərdir ki, iPad planşetləri üçün nəzərdə tutulmuş ayrıca versiyasına sahib deyil. Bu səbəbdən də iPad istifadəçiləri messencerin veb versiyasından istifadə etməli olurlar. Qeyd etmək lazımdır ki, messencerin iPad üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyası hələ hamı üçün aktiv deyil. Beta versiya messencerin iOS üçün nəzərdə tutulmuş beta versiyasının istifadəçiləri üçün aktivləşdirib. Məlumatda qeyd edilib ki, iPad planşetləri üçün olan Whatsapp tətbiqi göndərilmiş və qəbul edilmiş bütün mesajları istifadəçinin digər cihazlarında da sinxronlaşdırır. Messencerin stabil versiyasının iPad planşetlərində nə zaman istifadəyə veriləcəyi bilinmir.