"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“WhatsApp” foto və videoların orijinal keyfiyyətdə göndərilməsi funksiyasını işə salıb

“iPhone” üçün “WhatsApp”ın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir.

Bu barədə messencerdə dəyişikliklər və yenilikləri izləyən “WABetaInfo” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, yenilik “WhatsApp”ın iOS üçün 23.24.73 nömrəli versiyasında müşahidə edilib. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər. Teleqramda tətbiq olunduğu kimi, əlavələr sənəd kimi göndərilməlidir. Bildirilib ki, göndərilən faylların həcmi 2 GB ilə məhdudlaşır.

Eyni zamanda 23.24.73 yeniləməsi “iPhone”da “WhatsApp”a qrup yazışmalarında səsli çatlarda iştirak etmək və öz 3D avatarınızdan istifadə edərək istifadəçi statuslarına cavab vermək imkanı əlavə edir. İstifadəçilər üçün altı növ reaksiya mövcuddur. Davam edən, tamamlanmış və buraxılmış zənglər haqqında bildirişlər də yenidən işlənib.

Yeniləmə yaxın vaxtlarda iOS-da bütün WhatsApp istifadəçiləri üçün əlçatan olacaq. Bununla belə, “Android” üçün bu funksiya hələ sınaq mərhələsindədir.