Whatsapp-ın beta versiyasının istifadəçiləri messencer ilə bağlı maraqlı bir screenshot fotonu bölüşüblər. Təqdim edilmiş screenshot fotoda messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasının yeni səhifəsi əks olunub. Həmin səhifəyə əsasən Whatsapp yaxın zamanda digər messencerlərin istifadəçiləri arasında mesajların mübadiləsi funksiyasını əldə edəcək. Bu funksiya Avropa Birliyinin rəqəmsal bazarlar üzrə yeni qanun layihəsi (DMA) səbəbilə yaxın 6 ay ərzində messencerin Android və iOS versiyalarında istifadəyə verilməlidir.
Qeyd etmək lazımdır ki, sözügedən qanun layihəsinə əsasən müxtəlif platformaların istifadəçiləri digər servislərdə qeydiyyatdan keçmədən bir-biriləri ilə ünsiyyət qurmaq imkanına sahib olmalıdırlar. Təqdim edilmiş screenshot fotoda kənar çatları özündə birləşdirən səhifə əks olunub. Həmin səhifədə Telegram və digər messencerlərdəki istifadəçilər ilə olan çatlar əks olunacaqlar.