"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp daxilində süni zəka əsaslı çat-botların yaradılması funksiyası hazırlanır

WhatsApp tərtibatçıları messencerdə süni zəka əsaslı fərdi çat-botların yaradılması funksiyasını hazırlayırlar. Bu yeni funksiya messencerin Android üçün nəzərdə tutulmuş 2.25.1.26 nömrəli beta versiyasında aşkar edilib. Daha öncə məlumat ortaya çıxmışdı ki, messencer daxilindəki Communities qovluğu süni zəka qovluğu ilə əvəz ediləcək və həmin qovluqda süni zəka ilə bağlı bütün funksiyalar yerləşəcəklər. Belə funksiyalardan biri isə “AI Character” adlı funksiya olacaq. Adından da bəlli olduğu kimi sözügedən funksiya süni zəka əsaslı fərdi çat-botun yaradılmasına istiqamətlənib. İstifadəçilər çat-botların tapşırıqlarını və məqsədlərini qeyd etməklə onları yarada biləcəklər. Bu funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi bilinmir. Belə ki, funksiya hələ hazırlanma mərhələsindədir və hətta messencerin beta versiyasında belə aktiv deyil.