"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib

Whatsapp-da iki yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. Birinci funksiya vasitəsilə istifadəçi messencer daxilindəki zənglər zamanı öz IP ünvanını gizlədə bilər. Sözügedən funksiya Protect IP address in call adlı düymə şəklində reallaşdırılıb və onun aktivləşdirilməsi üçün istifadəçi Settings -> Privacy -> Advanced keçidini etməlidir. Bu funksiyanın aktivləşdirilməsindən sonra zənglər Whatsapp serverləri üzərindən ötürüləcək. Nəticədə istifadəçinin IP ünvanı gizli şəkildə qalacaq. Nəticədə messencer üzərindən reallaşdırılan zənglər daha təhlükəsiz olmalıdırlar. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, bu cür yüksək konfidensiallığın öz mənfi cəhətləri var.

Belə ki, sözügedən funksiyanın aktivləşdirilməsindən sonra messencer daxilində reallaşdırılacaq zənglərin səs və görüntü keyfiyyətləri aşağı düşə bilər. Messencer tərtibatçıları xüsusi olaraq vurğulayıblar ki, bu yeni funksiyanın aktiv olub-olmadığından asılı olmayaraq messencer daxilindəki bütün zənglər end-to-end şifrələnməsinə sahibdirlər. İkinci təhlükəsizlik funksiyası barəsində məlumat isə hələ iyul ayında ortaya çıxmışdı. Söhbət, tanış olmayan nömrələrdən gələn zənglərin bloklanmasından gedir. Bu funksiya öz növbəsində spamların və qəliz kiberhücumların qarşısını almaq üçün nəzərdə tutulub.