"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp-da mesajların müxtəlif dillərə tərcüməsi funksiyası istifadəyə veriləcək

Wabetanfo saytı Whatsapp-ın Android üçün nəzərdə tutulmuş beta versiyasında test edilən yeni funksiyanın screenshot fotolarını təqdim edib. Söhbət, mesajların sürətli şəkildə müxtəlif dillərə tərcüməsi funksiyasından gedir. Məlumata əsasən sözügedən yeni funksiya mesajları tək-tək və ya dialoqu bütünlüklə avtomatik şəkildə tərcümə etmək imkanına sahib olacaq. Yeni funksiyadan istifadə etməyə başlayan zaman messencer lazım olan dil paketini yükləməyi təklif edəcək.

Bu öz növbəsində messenceri bulud servisə yönlənmək ehtiyacından azad edəcək. Nəticədə istifadəçinin çatdakı yazışmaları konfidensial olaraq qalacaq və kənar serverə ötürülməyəcək. Məlumata əsasən hal-hazırda bu funksiya ingilis, rus, portuqal, ispan və ərəb dillərini dəstəkləyir. Gələcəkdə isə dəstəklənəcək dillərin siyahısı genişləndiriləcək. Gözləntilərə əsasən mesajların müxtəlif dillərə tərcümə funksiyası WhatsApp üçün yaxın gələcəkdə istifadəyə veriləcək yenilənmələrdən biri çərçivəsində istifadəyə veriləcək.