"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Whatsapp-da çatları kənar şəxslərdən xüsusi kodla bloklamaq mümkün olacaq

 Meta şirkəti Whatsapp üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verməyə hazırlaşır. Söhbət, Secret Code adlı funksiyadan gedir. Hal hazırda sözügedən funksiya messencerin Android üçün nəzərdə tutulmuş 2.23.24.20 nömrəli versiyasında test edilir. Secret Code adlı yeni təhlükəsizlik funksiyası istənilən çatı təhlükəsizlik kodu vasitəsilə bloklamağa imkan verəcək. Təhlükəsizlik kodu vasitəsilə bloklanmış çatlar ümumi çat siyahısında əks olunmayacaqlar. Onların ortaya çıxmaları üçün istifadəçi messencerin axtarış hissəsində təhlükəsizlik kodunu qeyd etməli olacaq. İstifadəçi bu cür çatın təhlükəsizlik kodunu unutmuş olsa, o, konfidensiallıq ayarları vasitəsilə həmin çatlar siyahısını təmizləyə biləcək.