"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp Android və iOS arasında internetsiz fayl mübadiləsi funksiyasını test edir

WhatsApp istifadəçilərə Android və iOS arasında internetsiz fayl mübadiləsini reallaşdırmağa imkan verəcək yeni funksiyanı test etməyə başlayıb. Test olunan yeni funksiya bir növ Apple şirkətinin AirDrop texnologiyası tərzində çalışacaq. Bu funksiya necə çalışacaq? iOS istifadəçilərinə Android cihaz vasitəsilə skan edilməsi lazım olan QR kod təqdim ediləcək. QR kodun skan edilməsindən sonra iPhone ilə Android cihaz arasında əlaqə yaranacaq və daha sonra faylları göndərmək mümkün olacaq.

Qeyd etmək lazımdır ki, bu funksiya çərçivəsində fayllar Wi-Fi Direct üzərindən göndəriləcək. Məhz bu səbəbə görə də internetə qoşulmaya ehtiyac qalmayacaq. Bu funksiya sürətli internetin olmadığı yerlərdə və ya mobil trafikin məhdud olduğu anlarda faylların göndərilməsi mövzusunda faydalı olacaq. Gözləntilərə əsasən bu yeni funksiya WhatsApp-ın Android və iOS üçün nəzərdə tutulmuş növbəti yenilənməsi çərçivəsində istifadəyə veriləcək.