Whatsapp-ın 2.23.20.4 nömrəli yeni beta versiyasında yeni maraqlı funksiyanın testinə start verilib. Testinə start verilmiş yeni funksiya təhlükəsizliyi əhatə edir və Whatsapp-dakı hesabların konfidensiallıqlarının yaxşılaşdırılmasına istiqamətlənib. Hal hazırda istifadəçi yeni cihazda Whatsapp hesabına daxil olmaq istədikdə SMS təsdiq prosesindən keçməlidir. Yeni təhlükəsizlik funksiyasının vasitəsilə isə SMS təsdiqə artıq ehtiyac qalmayacaq. Belə ki, istifadəçi yeni cihazda Whatsapp hesabına barmaq izi / üz skanı və ya PIN şifrə ilə daxil ola biləcək. Whatsapp-ın beta versiyasında sözügedən yeni funksiya messencerin ayarlarındakı Accounts bölməsi vasitəsilə aktivləşdirilir. Sözügedən funksiya hələ beta test mərhələsindədir və yaxın aylar ərzində bütün istifadəçilərə təqdim edilməlidir.