"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Whatsapp-a yaxın zamanda süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Whatsapp üçün hazırlanan növbəti yeniliklər arasında messencerə süni zəka əsaslı çat-botun inteqrasiyasıdır. Məlumata əsasən çat-bot messencer daxilindəki axtarış sətrinə inteqrasiya ediləcək. WABetaInfo saytının vermiş olduğu məlumata əsasən istifadəçilər axtarış sorğusunda çat-botdan istifadə edərək öz suallarına cavab əldə edə biləcəklər. Məlumata əsasən messencer daxilindəki axtarış sətrində istifadəyə veriləcək çat-bot Meta AI adlı süni zəka modeli əsasında çalışacaq. Bunun sayəsində istifadəçilərə müxtəlif suallar üzrə individual və köməkçi cavablar təqdim ediləcək. Süni zəka əsaslı çat-bot messencerdə yaxın zamanda istifadəyə verilə bilər.