"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Whatsapp-a videoların HD keyfiyyətdə göndərilməsi funksiyası əlavə edilib

Keçən həftə Whatsapp-a fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası istifadəyə verildi. İndi isə buna bənzər daha bir yeni funksiya istifadəyə verilib. Söhbət, videoların HD keyfiyyətdə göndərilməsindən gedir. Messencer daxilində göndərilən videonun keyfiyyət seçimi videonun göndərilməsindən öncə ortaya çıxır.

Video yüklənəndən sonra istifadəçi ekranın yuxarı hissəsində yerləşən HD ikonuna klikləməklə yüklənmiş videonun hansı keyfiyyətdə göndəriləcəyini seçə bilər. Bununla belə messencer trafikə qənaət məqsədilə videonun SD keyfiyyətdə göndərilməsi təklifini də edəcək. Videoların HD keyfiyyətdə göndərilməsi funksiyası messencerin Android və iOS üçün nəzərdə tutulmuş versiyalarında bəzi regionlar üzrə artıq istifadəyə verilib. Yaxın zamanda bu yeni funksiya bütün istifadəçilər üçün aktiv olacaq.