Bir neçə il əvvələ qədər alternativ mesajlaşma tətbiqi olan və gizliliyə verdiyi vurğu ilə diqqət çəkən Telegram, əhəmiyyətli sayda istifadəçi kütləsinə sahib olmağı bacarıb. Şirkətin qurulmasından 7 il sonra mətbuata açıqlama verən Telegram-ın qurucusu Pavel Durov şirkətin hazırkı vəziyyəti haqqında məlumat verib. Financial Times-a danışan Durov Telegram-ın dünyanın ən populyar sosial media tətbiqlərindən birinə çevrildiyini və iki il əvvəl reklam və premium abunə xidmətlərini işə saldıqdan sonra hər il yüz milyonlarla dollar dövriyyə əldə etdiklərini bildirib. Durov bildirib ki, “Biz bu il olmas, gələn il gəlir qazancağımızı planlaşdırırıq”.
Hazırda şirkətin yeganə sahibi olan Durov, potensial investorların sosial media platformasını 30 milyard dollar dəyərində qiymətləndirdiklərini və şirkətin “IPO”-ya açılmağını da Telegram-a girişin demokratikləşdirilməsi baxımından dəyərli gördüklərini bildirib. Telegram-ın qeyri-qanuni fəaliyyətlərdə istifadə edildiyi və məlumatların Rusiya tərəfindən əldə oluna biləcəyi ilə bağlı iddialar olsa da, Durov bu iddiaların əsassız olduğunu bildirir. Durov bundan əvvəl Rusiya administrasiyasının Ukraynadakı serverlərə giriş tələbinə qarşı çıxmış, daha sonra isə ölkədən qaçmışdı. Mütəxəssislərin fikrincə, Telegram gəlirli olduqda və bazar şəraiti kifayət qədər əlverişli olduqda ABŞ birjalarında IPO elan edəcək.