"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp-a Giphy servisinin dəstəyi əlavə edilib

WhatsApp tərtibatçıları messencerə yeni funksiyaları əlavə etməkdə davam edirlər. Məlum olub ki, messencerin yeni versiyası Giphy servisinin inteqrasiyası imkanını əldə edib. Beləliklə bundan sonra istifadəçilər stikerləri və GIF-ləri Giphy servisi üzərindən axtara biləcəklər. Bundan əlavə olaraq messencer daxilində daimi istifadə üçün messencer yaddaşında saxlanılan stikerlərin sıralanmasını dəyişmək imkanı aktiv olub. Beləliklə istifadəçilər seçilmiş stikerləri əsas siyahının üst hissəsinə yerləşdirə bilərlər. Həmçinin eksklüziv olaraq iOS-də olan bir imkan Android istifadəçiləri üçün də aktivləşdirilib. Söhbət, stikerlərin messencer daxilində yaradılması və redaktə olunması imkanından gedir.