"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

WhatsApp-a çat filtrləri əlavə edilib

WhatsApp tərtibatçıları messencerdə yeni faydalı özəlliyin istifadəyə verildiyini elan ediblər. Söhbət, çatlar üçün nəzərdə tutulmuş filtrlərdən gedir. Bu filtrlər lazımi mesajların sürətli tapılmasına istiqamətlənib. Beləliklə WhatsApp-dakı çatlar üçün 3 filtr əlavə edilib. Birinci filtr All adlanır və o, bütün çatları əks etdirir. İkinci filtr Unread adlanır və o, istifadəçi tərəfindən oxunmamış çatları əks etdirir. Üçüncü filtr isə Groups adlanır və o, qrup çatlarını əks etdirir. Bu yeni faydalı özəllik WhatsApp istifadəçiləri arasında tədricən istifadəyə verilir və yaxın zamanda hamıda aktiv olacaq.