Hollandiyanın SenseGlove adlı texnoloji şirkəti Nova 2 adlı əlcəyi təqdim edib. Sözügedən texnoloji əlcək virtual və artırılmış reallıq mühitindəki obyektlərlə qarşılıqlı əlaqə zamanı güclü taktil geridönüşü sərgiləyir. Bu əlcək vasitəsilə dünyanın digər hissəsində yerləşən biznes partnyorun əlini sıxmaq və ya müxtəlif rəqəmsal obyektlərlə qarşılıqlı əlaqədə olmaq olar. Bütün bunlar güclü taktil geridönüş texnologiyası vasitəsilə reallaşır.
Sözgüedən texnologiya əlcəkdən istifadə edən şəxsdə toxunuş hisslərini imitasiya edir. Məlumatda qeyd edilib ki, istifadəçinin əlinə toxunan istənilən virtual obyekt əsl obyekt kimi hiss olunur. Güclü taktil geridönüş texnologiyası bu halda istifadəçinin barmaq hərəkətlərini məhdudlaşdırır və nəticədə istifadəçidə əl vasitəsilə real obyektin tutulması hissi yaranır. Nova 2 texnoloji əlcəyi bu ilin sonunda satışa çıxmalıdır. Onun qiyməti isə 6000$ təşkil edəcək.