"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Uşaqların zərərli informasiyalardan qorunması” mövzsunda tədbir keçirilib

"Parlaq Gələcək Naminə" layihəsi çərçivəsində Culfa rayonunun Saltaq kənd tam orta məktəbində “Uşaqların zərərli informasiyalardan qorunması” mövzsunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Mələkxanım Zülfüqarlı “Uşaqların internetdən düzgün istifadəsinə nəzarət olunmalı” mövzusunda çıxış edib. Bildirilib ki, internet uşaqların məlumat əldə etmək, araşdırma aparmaq, o cümlədən, yaradıcılıq və tənqidi düşüncə kimi fərdi inkişafını dəstəkləyən böyük texnoloji resurs kimi qəbul edilsə də, zərərli tərəfləri də mövcuddur. Belə ki, uşaqların internet təhlükəsizliyinin təmin olunmasında atılacaq önəmli addımlardan əsası bu mövzunun nə qədər vacib olduğunu və onların zərərli kontentdən yayınmasını uşaqlara düzgün şəkildə çatdırmaqdır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən də uşaqların zərərli informasiyalardan qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu istiqamətdə 

layihələr hazırlanır.

Həmçinin, tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Həsən Həsənovun, "Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi"-nin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyevanın, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyevanın mövzu ilə bağlı çıxışları dinlənilib.

Sonda fikir mübadiləsi aparılıb, iştirkaçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), "Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi" və "Günəş" Uşaq Akademiyasının birgə təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iştirakı ilə keçirilib.