Amerikanın “Twitter” sosial şəbəkəsi tezliklə audio və video zənglər funksiyasını əlavə edəcək. Bu barədə sosial şəbəkənin sahibi İlon Mask məlumat verib.
“Tezliklə bu platformanın hər bir istifadəçisi səsli və görüntülü zəng funksiyasından istifadə edə biləcək və siz dünyanın istənilən yerindən olan insanlarla telefon nömrənizi vermədən ünsiyyət qura biləcəksiniz”, – deyə milyarder bildirib.
Onun sözlərinə görə, sosial şəbəkə tətbiqinin son versiyasında müəyyən yeniliklər var. O, şəxsi mesajların başdan-başa şifrələmə qabiliyyətinə və əvvəllər dərc edilmiş mesajlardan hər hansı birinə cavab vermək funksiyasına malik olacaq.