"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Twitter-in loqosu dəyişdi

Keçən həftənin sonunda Elon Musk öz Twitter hesabında elan etdi ki, yaxın günlərdə sosial şəbəkənin loqosu dəyişəcək. Məşhur sosial şəbəkənin loqosundakı quş ikonu “X” simvolu ilə əvəz ediləcək. “Yaxın zamanda biz, Twitter brendi ilə sağollaşacağıq” - deyə Musk qeyd etmişdi. İndi isə məlum oldu ki, yeni loqo sosial şəbəkəyə artıq inteqrasiya edilib. Belə ki, sosial şəbəkəyə daxil olan zaman onun giriş səhifəsində X simvollu yeni loqonu görmək olar. Qeyd etmək lazımdır ki, Twitter-in yeni loqosundakı X simvolu Musk tərəfindən bu ilin mart ayında təsis edilmiş X Corp. şirkətinin adına işarə edir. Sözügedən şirkət Twitter-in şirkət adı olan Twitter Inc.-in əvəzlənməsi üçün nəzərdə tutulub və o, X Holdings Corp holdinqinin bir hissəsidir.