Görüşdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanlara kollektiv adından bir daha başsağlığı vermiş, yaralılara şəfa diləmişdir. Sonra yeni təyin olunan səfirə diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.