"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Toyota-nın insanabənzər robotu dünya rekordu qırıb!

Toyota-nın CUE6 insanabənzər robotu, təxminən 25 metr məsafədən topu səbətə ataraq dünya rekordu qırıb. Məhz bu rekordu qırmas bütün diqqətləri Toyota brendinin yeni insanabənzər robotuna tərəf çevirib.

Xatırladaq ki, 4 il əvvəl Toyotanın insanabənzər robotu CUE3-ün ardıcıl 2020 uğurlu sərbəst atış ilə Ginnesin Rekordlar kitabına düşmüşdü. CUE layihəsi hazırda altıncı nəsil insanabənzər robot üzərində işləyir və CUE6 olduqca çətin bir dünya rekordu qırıb. Guinness-in paylaşdığı məlumata görə, CUE6 24,55 metr məsafədən uğurlu atış edərək insanabənzər robot tərəfindən edilən ən uzaq basketbol zərbəsi rekordunu qırmağı bacarıb. Bu məsafənin nə qədər uzun olduğunu belə izah edə bilərik: NBA oyunlarının keçirildiyi meydançaların uzunluğu 29 metrdir.

CUE6-nın atışındakı diqqəti çəkən məqamlardan biri də odur ki, o, az qala meydançanın bir başından o biri ucuna atəş açsa da, sadəcə “bilək zərbəsi” deyilən bir zərbə ilə topu səbətə göndərib. Peşəkar basketbolçular vaxt bitdiyi üçün meydançanın bir ucundan digərinə atmalı olduqda, sinə zərbəsi adlanan daha güclü, lakin daha az dəqiq vuruşdan istifadə edirlər. CUE6 isə sərbəst atış kimi bu qədər uzaq məsafədən bilək zərbəsini sınayır və uğurlu olur. Təbii ki, CUE layihəsini dəyərli edən səbətə top atan robotun hazırlanması deyil. Bu robot əsl süni intellektə malikdir. Bu süni intellekt sayəsində səhvlərindən dərs alır, daha yaxşı atış üçün nişan alma metodunu təkmilləşdirir, duruşunu, qol hərəkətini və hətta tətbiq etdiyi gücü optimallaşdırır.