Meta şirkətinin özünün Twitter analoqu olan Threads-i 6 iyul tarixində istifadəyə verdi. Yeni servisin statistik göstəricilərinə nəzər yetirən zaman görmək olar ki, onun istifadəyə verilməsi uğurlu keçib. Belə ki, cəmi 5 gün ərzində Threads vacib nailiyyəti əldə edib. Onun istifadəçi kütləsi artıq 100 milyona çatıb. Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, Threads-in uğurlu olması şirkətin də gözləntilərini kölgədə qoyub.
Threads-in bu qədər qısa müddət ərzində geniş istifadəçi kütləsini əldə etməsinin əsas səbəbi məhz Instagram-la bağlıdır. Belə ki, Threads-dən istifadə etmək üçün Instagram hesabına sahib olmaq kifayət edir. Təbii ki, Elon Musk-ın Twitter ilə bağlı vermiş olduğu mübahisəli qərarlar da Threads-in istifadəçi kütləsinin çoxalmasına səbəb olub. Belə ki, Twitter istifadəçiləri məcbur şəkildə ona bənzər digər platformalara nəzər yetirməli olurlar.